about

Biz kimik?

Enactus, dünyanın davamlı inkişafı üçün yeni nəsil təşəbbüskarların, biznes liderlərinin cəlb edilməsinə həsr olunmuş ən böyük beynəlxalq təşkilatdır. Bizim vəzifəmiz gələcək liderləri sahibkarlıq, innovasiya və iş prinsiplərinə cəlb etməkdir. Enactus dünyanı yaxşılaşdırmağa yönəlmiş layihələri həyata keçirmək üçün tələbələri, müəllimləri, iş adamlarını bir araya gətirir. Əməkdaşlığın əsası biznesin müsbət gücünə, sahibkarlığın inkişafına inamdır. Enactus-un 34 ölkədən 1700 şəhərciyində 72 mindən çox tələbəsi var. İl boyu bütün Enactus ölkələrində missiyamızı inkişaf etdirmək üçün tələbələrlə işləyir və 5 addımlı biryanaşma tətbiq edirik:

  • Dünyadakı universitetlərdə və kolleclərdə Enactus, layihələri ilə dünyanı davamlı inkişaf etdirmək üçün gələcək liderlər nəslini inkişaf etdirməyi hədəfləyən təcrübə təhsili vermək üçün tələbələr, akademik və biznes liderlərini cəlb edir.
  • Enactus, təlim, mentorluq və digər fəaliyyətlər vasitəsilə sosial sahibkarlıqda tələbə qruplarına dəstək olur.
  • Enactus, təlim, mentorluq və digər fəaliyyətlər vasitəsilə sosial sahibkarlıqda tələbə qruplarına dəstək olur.
  • Dünyadakı Enactus komandaları çətinlikləri fürsətə çevirirlər. Müəyyən olunmuş ehtiyaclar əsasında layihələrini həyata keçirirlər. Akademik və biznes liderləri tərəfindən dəstəklənən komandalar davamlı biznes modelləri yaratmaqla innovativ həllərini inkişaf etdirməyə çalışırlar.
  • Layihələrini həyata keçirərkən tələbələr həmyaşıdlarından fərqləndikləri unikal təcrübə, praktik bacarıqlarvə liderlik keyfiyyətləri qazanırlar.
  • Milli yarışlarda Enactus komandaları layihələrini təqdim edir, eyni zamanda fikirlərini və yeniliklərini bir-birləri ilə bölüşürlər. Enactus Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq bütün cəmiyyətə müsbət təsir göstərir. Qeyd edək ki, Milli Yarış bir illik işin zirvəsi və Enactus proqramının vacib bir hissəsidir.
  • Azərbaycan, Enactus beynəlxalq təşkilatına 2005-ci ildən üzv olmuşdur və 2018-ci ildən etibarən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə fəaliyyət göstərir.

logo

Enactus, dünyanın ən böyük təcrübi öyrənmə platformasıdır

Əlaqə
copyright2023 Bütün hüquqlar qorunur.